Mərkəzi Bank bu bankın vəzifəli şəxsini CƏRİMƏLƏDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC -nin vəzifəli şəxsini 2 000 manat cərimə edib.

 

Viral.az bu barədə AMB-yə istinadən xəbər verir.

Son Yazılar:

 

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Premium Bank”ın “Banklar haqqında” qanunun 40.1-ci maddəsinin, “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın 3.3.2-ci bəndinin tələblərini pozduğu məlum olub. Odur ki, Bankın vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq cərimələnib. Artıq pozuntu aradan qaldırılıb.