Futbol üzrə Avropa Çempionatının final mərhələsinin başlanmasına 3 gün qalıb.
Viral.az xəbər verir ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Milli komandalar aşağıdakı qruplarda mübarizə aparacaqlar:
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Polşa, Niderland, Avstriya, Fransa
E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna
F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya
Azərbaycanlı futbol azarkeşlərinin diqqət mərkəzində olacaq qardaş Türki milli komandasının baş məşqçi Vinçenzo Montella turnirə 26 futbolçu ilə yollanır:
Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır
Müdafiəçilər: Mert Müldür, Zeki Çelik, Abdülkerim Bardakcı, Ahmetcan Kaplan, Merih Demiral, Samet Akaydın, Ferdi Kadıoğlu
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Salih Özcan
Hücumçular: İrfan Can Kahveci, Yunus Akgün, Kenan Yıldız, Kerem Aktürkoğlu, Arda Güler, Barış Alper Yılmaz, Bertuğ Yıldırım, Cenk Tosun, Semih Kılıçsoy, Yusuf Yazıcı.
Qeyd edək ki, Türkiyə millisi Avro-2024-dəki ilk oyununu iyunun 18-də Gürcüstana qarşı keçirəcək. İyunun 22-də Portuqaliya ilə üz-üzə gələcək “ay-ulduzlular”ın qrupdakı son rəqibi Çexiya yığması (26 iyun) olacaq.