Türkiyədə İYİ Partiyanın sabiq sədri, keçmiş daxili işlər naziri Meral Akşener paytaxt Ankara şəhərində ofis kirayələyib.
Viral.az xəbər verir ki, bunu tanınmış jurnalist İsmail Saymaz açıqlayıb.
Son Yazılar:
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
- Sertifikasiyadan ən çox onlar uğur QAZANDI
Onun sözlərinə görə, siyasətçi Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinə çox yaxın məsafədə yerləşən binanın (Cinnah prospekti 57) ikinci mərtəbəsində ofis tutub. Jurnalist artıq daşınma işlərinin başladığını diqqətə çatdırıb.
Akşenerin ofisi hansı məqsədlə tutduğu, siyasi proseslərə təsir etmək niyyətində olub-olmadığı bəlli deyil. Lakin bir neçə gün öncə onun İYİ Partiyanın sabiq sədri qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi partiyasında və bütövlükdə müxalifətdə birmənalı qarşılanmayıb. Görüşün detalları ictimaiyyətə açıqlanmayıb.
Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kemal Kılıçdaroğlu da sədrlikdən getdikdən sonra Ankarada ofis açmışdı.