Lisey nəşi tapılan hərbçi ilə bağlı məlumat yaydı

Akademik Zərifə Əliyeva adına lisey Naxçıvanda nəşi tapılan hərbçimiz Ceyhun Hüseynovla bağlı məlumat yayıb.

 

Viral.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2016-cı ildə liseiy qızıl medalla bitirən Ceyhun həmin il 627 bal toplayaraq ADA Universitetinə qəbul olub.

Son Yazılar:

 

“O, magistratura təhsilini İsrailin paytaxtı Tel-Əvivdə alıb. 

 

Təhsilini bitirdikdən sonra Vətənə qayıdaraq hərbi xidmətə yollanıb. 

 

Xidmətin bitməsinə 20 gün qalmışdı.

 

Ceyhuna uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Ruhu şad olsun!”, – açıqlamada bildirilir.

 

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında tapılıb. Onun Ordubad rayonunda dəfn olunacağı bildirilir.