İranın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır.
Viral.az xəbər verir ki, İranın xarici ölkələrdəki bütün diplomatik nümayəndəliklərində 14-cü prezident seçkilərinə hazırlıq işləri eyni vaxtda aparılır.
Son Yazılar:
- Azərbaycanda ZƏLZƏLƏ OLDU
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi bildirir ki, İran vətəndaşları Şərifzadə küçəsi, 269 ünvanında – İran səfirliyinin konsulluq binasında açılacaq seçki məntəqəsində səs verə bilərlər.
İran Konstitusiyasının Mühafizə Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:
Mustafa Purməhəmmədi – prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian – parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani – Tehran meri;
Səid Cəlili – İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf – parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi – parlament sədrinin keçmiş müavini.