Amerikada respublikaçılar qarşıdan gələn prezident seçkilərində saxtakarlığın qarşısını almağa çalışırlar.
Viral.az “Politiko”ya istinadən xəbər verir ki, onlar demokratları ABŞ vətəndaşlarını meksikalı miqrantlarla əvəz etməyə çalışmaqda “Meksika” karuselindən istifadə etməkdə ittiham edirlər.
Qeyd edək ki, Trampın Nyu-Cersi, Nyu-Meksiko və Montana ştatlarında Respublikaçılar Partiyasından sonuncu ilkin seçkilərdə qalib gəldiyi məlum olub.
Son Yazılar:
- Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ
- “Audi” və “Porsche” 60 min avtomobilini geri ÇAĞIRIR
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
Bayden isə öz növbəsində Nyu Meksiko, Cənubi Dakota, Nyu Cersi, Montana və Vaşinqtonda keçirilən praymerizlərdə qalib gəlib.
Bu arada “Bloomberg” “Wall Street”də amerikalı milyarderlər arasında Trampa dəstəyin artdığını bildirib.
Xatırladaq ki, növbəti, 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
Avqust-sentyabr aylarında partiyanın qurultayları keçirilməli, hər partiyadan bir namizəd rəsmən təsdiqlənməlidir.
Son mərhələ noyabrda keçiriləcək səsvermə olacaq.
(redaktor.az)