Baydenin oğlunu 25 il həbs gözləyir

ABŞ-də məhkəmənin hakimlər heyəti Prezidentin oğlu Hanter Baydeni bütün ittihamlar üzrə təqsirli bilib.

Viral.az ABŞ mediyasına istinadən xəbər verir ki, dinləmə zamanı prokuror Hunterin günahını sübut edə bildiyini və sübutların “xoşagəlməz və heyrətamiz” olduğunu söyləyib.

Onun narkotikdən istifadəsi xüsusi vurğulanıb.

Son Yazılar:

Bununla belə, vəkilləri hesab edirlər ki, Hanter Baydenin qanunsuz silah gəzdirməsi sübut olunsa da, qadağan olunmuş maddələrdən istifadə faktı təsdiqini tapmayıb.

Hunter Baydeni 25 ilə qədər həbs və 750 min dollar cərimə gözləyir.

Atası Prezident Co Bayden daha əvvəl oğlu üçün istənilən cəzanı qəbul edəcəyini və onu əfv etmək hüququndan istifadə etməyəcəyini bildirib.

(redaktor.az)