Fevralın 27-i saat 7-də Xəzər rayonu, Binə südçülük sovxozunda yerləşən “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Viral.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, çağırış ünvanına Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Son Yazılar:
- Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı
- “Barselona”nın oyunçusu millidən kənarlaşdırıldı
- Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevgilidir?
Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.