Goranboyda maşın AŞDI

Goranboyda maşın AŞDI

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az xəbər verir ki, hadisə Goran-Naftalan avtomobil yolunda, Goranboy rayonunun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tərtər rayon sakini Fərid Adışovun idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Son Yazılar:

Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır (APA).