Hamamda meyiti tapılan gəncin FOTOSU

Hamamda meyiti tapılan gəncin FOTOSU

Xəbər verdiyimiz kimi, İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.

Viral.az-ın məlumatına görə, mərhumun təhsil aldığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci onun haqqında paylaşım edib.

Bildirilib ki, kollecin Zootexniklik ixtisası üzrə I kurs tələbəsi olan Əliyev Rahib Elnur oğlu çalışqanlığı və mehribanlığı ilə seçilən tələbə olub.

Son Yazılar:

“O, müəllim və tələbə yoldaşları arasında daim hörmət və rəğbətlə qarşılanırdı. Təlim və təhsilə olan marağı, məsuliyyətli yanaşması və səmimi insanlığı ilə o hər zaman kollektivimizin yaddaşında qalacaq”.

Qeyd edək ki, gənc Ağdam rayon sakini olub, hadisə onun İsmayıllıda təhsil almaq məqsədilə yaşadığı kirayə evdə baş verib.

Onun dəqiq ölüm səbəbi hələlik bilinmir.