Qeyri-sağlam qidalanma insan orqanizminə, o cümlədən sümük sisteminə mənfi təsir göstərir.
Viral.az lent.az-a istinadən xəbər verir ki, həkim-travmatoloq Rüstəm Əfəndiyev məsələ ilə bağlı danışıb.
Həkimin sözlərinə görə, iki məhsul xüsusilə sümüklərin möhkəmlənməsinə zərərlidir .O qeyd edib ki, çörək və şəkər gündəlik qida rasionundan xaric edilməlidir. Bu məhsullar mineralların udulmasına mane olan bağırsaq mikroflorasına mənfi təsir göstərir. Əfəndiyev bildirib ki, dənli bitkilərin tərkibində olan fitik turşusu da mineralların sorulmasına mane olur – həzm fermentlərini bloklayır.
Son Yazılar:
- Azərbaycanda ən çox sürülən Çin maşınları
- Külli miqdarda borcu olan məşhur klinikanın sahibi DƏYİŞDİ
- UEFA “Çelsi”ni cərimələyə BİLƏR
Həkim şəkəri qurudulmuş meyvələrlə, bal, mürəbbə, maya çörəyi turş çörək, çovdar çörəyi ilə əvəz etməyi məsləhət görüb. Ümumiyyətlə, o, daha çox tərəvəz və göyərti yemək lazım olduğunu bildirib.