Ağcabədidə avtomobil hasara çırpıldı – FOTO

Ağcabədidə avtomobil hasara çırpıldı - FOTO

Ağcabədidə yol qəzası baş verib.

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlunun idarə etdiyi “VAZ” markalı minik maşını idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Son Yazılar:

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.