Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təlim keçirib.
Viral.az Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd komandirlərin və taktiki birləşmələrin döyüş hazırlığının, peşəkarlığının artırılması, asimmetrik təhlükələr şəraitində döyüş əməliyyatları keçirməyə hazırlığının yoxlanılmasıdır.
Üç mərhələdən ibarət komanda-qərargah təliminə səfərbərlik resursunun qəbulu məntəqələrinin yerləşdirilməsi, gəmilərin Aktau dəniz limanına daxil olması, bazaların və digər strateji əhəmiyyətli dəniz təsərrüfat fəaliyyəti obyektlərinin mühafizəsi və müdafiəsi daxildir.
Son Yazılar:
- İlin ilk Günəş tutulması bu tarixdə baş verəcək
- Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
- Bayram gününün havası – yağış, şimşək, güclü külək
Bundan əlavə, “şübhəli” gəmiyə baxış keçirilib və “təcili yardım” gəmisinə yardım göstərilib.
Təlimdə dəniz minalarına, yerüstü və hava hədəflərinə praktiki atışlar aparılıb. İntihar katerləri, pilotsuz uçuş aparatları və hava hücumu silahlarının müxtəlif vasitələrdən istifadə etməklə hücumlarının dəf edilməsi tapşırıqları yerinə yetirilib.