Ağdamda silahlı şəxs saxlanılıb.
Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə baxış zamanı “AK” markalı avtomat, 1 patron darağı, 29 patron və 1 süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlətmiş, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Son Yazılar:
- Azərbaycanda itkin düşən 16 şəxs tapıldı
- Axtarışda olan 305 nəfər saxlanıldı
- Azərbaycanda külək və yağış davam edir – FAKTİKİ HAVA
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.