“Real Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu, çox sadə ifadə kimi görünür, amma son illər məni çox təəccübləndirdi ki, çoxlarımız bu rəqəmlə – 29 743 kvadrat kilometr tanış deyilik”.
Viral.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Real Ermənistan” ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.
“Burada növbəti sual yaranır: niyə bu rəqəm bizə tanış deyil? Axı bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bir sıra məlum situasiyalarda tənqidlər səsləndirildi: mən niyə bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun üçün motivasiya nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən mühüm motiv o idi ki, ilk növbədə özümüz ölkəmizin ərazi bütövlüyünü tanımalıyıq”.