Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı ikiyə çatıb.
Viral.az “Report”a istinadən xəbər verir ki, qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.
O, xəstəxanaya çatdırılıb.
Son Yazılar:
- Məktəblərdə yenilik – bunlar daha OLMAYACAQ
- İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 23 nəfər həlak OLDU
- “323 şübhəli şəxs saxlanılıb” – Ali Yerlikaya
Xatırladaq ki, hadisə nəticəsində onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.
Viral.az “Report”a istinadən xəbər verir ki, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır