Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Günü münasibətilə bu ölkənin prezidenti Vladimir Putin və baş naziri Mixail Mişustinə təbrik məktubu göndərib.
Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“Rusiyanın müasir tarixində bu mühüm gün rusların zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkənin tarixində yeni siyasi mərhələ açmaq istəyini simvollaşdırır. Əminəm ki, Ermənistanla Rusiya arasında çoxəsrlik bərabərlik prinsiplərinə əsaslanan və iki ölkə xalqlarının maraqlarını nəzərə alan münasibətlər bundan sonra da konstruktiv istiqamətdə inkişaf edəcək, ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək”, – məktubda deyilir.
Qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxtərəfli əməkdaşlıq qeyd olunub.