“Azərişıq” paytaxtda və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir

“Azərişıq” ASC bütün regionlarda olduğu kimi, paytaxtda və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir.

 

Viral.az quruma istinadən verdiyi məlumata görə, Bakının ətraf kənd və qəsəbələrində köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəzlənir, yeni güc mərkəzləri yaradılır və şəbəkələr daha da gücləndirilir.

Son Yazılar:

 

Paytaxtın Binəqədi, Nizami, Xətai rayonlarında, Maştağa elektrik şəbəkəsinin ərazisində, həmçinin, Abşeronda əlavə olaraq, yeni güc mərkəzləri yaradılır. Sözügedən ərazilərdə ümumilikdə, 46 Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır.

 

Sabunçu, Qaradağ rayonlarında və Zirə qəsəbəsində köhnə 0,4 kV və 6 kV-luq dayaqlar yeniləri ilə əvəz olunur. Həmçinin, 6 kV-luq hava xətti yenilənir, 0,4 kV-luq açıq naqillərin yerinə müasir Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) kabel xətləri çəkilir. Sabunçu, Qaradağ və Zirədə ümumilikdə, əlavə olaraq 37 KTM-in tikintisi davam etdirilir.

 

Yenidənqurma işləri nəticəsində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində də 0,4 kV-luq və 6 kV-luq dayaqların yerlərinin qazıntısı aparılır. Həmçinin, əlavə olaraq, ərazidə yeni güc mərkəzinin bünövrəsinin hazırlıq işləri görülür.

 

Suraxanıda 0,4 kV-luq və kV-luq dayaqlar basdırılır, 0,4 kV-luq ÖİN kabel xətləri çəkilir. Həmçinin, rayon ərazisində əlavə olaraq, 9 KTM quraşdırılır.

 

Biləcəri elektrik təchizatı və satışı idarəsinin ərazisində də 6 kV-luq dayaqlar basdırılır, eləcə də, 0,4 kV-luq elektrik xətlər yenilənir, əlavə olaraq, 12 ədəd KTM-in tikintisi davam etdirilir.

 

Sumqayıt Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxll olan Bağlar elektrik təchizatı və satışı idarəsinin ərazisində isə yenidənqurma işləri çərçivəsində 0,4 kV-luq dayaqlar və elektrik xətləri yenilənir, həmçinin, əlavə olaraq, 17 ədəd yeni KTM-in tikinti işlərinə start verilib.

 

Xəzər RETSİ-nin ərazisində həyata keçirilən yenidənqurma işləri nəticəsində yeni 0,4 kV-luq və 6 kV-luq dayaqlar basdırılır, kV-luq hava xətti yenilənir, həmçinin, rayon ərazisində əlavə olaraq, 27 KTM quraşdırılır.

 

Həyata keçirilən yenidənqurma işləri sayəsində elektrik enerjisi itkilərinin minimuma endirilməsi hədəflənib. Paytaxt və ətraf ərazilərlə yanaşı “Azərişıq” İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsini yeniləyir.