İsrail HƏMAS-dan Qəzza zolağında atəşkəsin uzadılması müqabilində saxladığı 11 girovu azad etməyi və 16 ölü əsirin cəsədini təhvil verməyi tələb edib.
Viral.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı HƏMAS-dakı mənbəyə istinadən məlumat yayıb.
İsrail HƏMAS-dan həmçinin ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandrı geri qaytarmağı tələb edib.
Son Yazılar:
- Ukrayna qoşunları Kurskın Sudja şəhərini tərk edib
- Dumanlı hava yolda təhlükə yarada bilər
- Gəncədə suqızdırıcı partladı, ağır xəsarət alan VAR
Telekanalın məlumatına görə İsrail bunun qarşılığında ömürlük həbs cəzası çəkən 110 fələstinli məhbusu, həmçinin Qəzzada döyüşlər zamanı saxlanılan 1100 məhbusu azad etməyə hazırdır.