Gəncədə suqızdırıcı partladı, ağır xəsarət alan VAR

Gəncədə suqızdırıcı partladı, ağır xəsarət alan VAR

Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var.

Viral.az “Report”a istinadla xəbər verir ki, hamam otağında su qızdırıcının partlaması nəticəsində, Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Əli Xudiyevin üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Son Yazılar:

Zərər çəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.