Qaxda 100 hektar ərazi yanıb.
Viral.az bu barədə “Qafqazinfo”ya istinadla xəbər verir ki, yanğın rayonun Ağyazı kəndi ərazisindəki mürəkkəb relyefli sahələrdə baş verib.
Əraziyə Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.
Son Yazılar:
- Ukrayna qoşunları Kurskın Sudja şəhərini tərk edib
- Dumanlı hava yolda təhlükə yarada bilər
- Gəncədə suqızdırıcı partladı, ağır xəsarət alan VAR
Bundan əlavə, kənd sakinləri və rayonun meşə təsərrüfatı işçiləri də yanğının söndürülməsinə kömək ediblər.
Ötən gün axşam saatlarından başlayan yanğın səhər saatlarında tam söndürülüb.
Yanğın zamanı 100 hektar sahədə quru ot və kol-kos yanıb.