Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar olub.
Viral.az Modern.az-a istinadla xəbər verir ki, Tural Mailov və Aygün Musayeva Agentliyin idarə heyətinin sədri Fərid Məmmədovun müavinləri təyin olunublar.
Qeyd edək ki, Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Bu təyinata qədər DOST Agentliyi idarə heyəti sədrinin müşaviri olaraq fəaliyyət göstərib.
Son Yazılar:
- Gəncədə suqızdırıcı partladı, ağır xəsarət alan VAR
- Cəlilabadda gənc oğlanın meyiti TAPILDI
- Yollarda duman OLACAQ
Aygün Musayeva bu vəzifəyə qədər DOST xidmətləri departamentini müdiri vəzifəsində fəaliyyət göstərib.