Gürcüstan prezidenti Salome Zurabişvili ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etməyib.
Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, gənclərlə görüşündə bununla bağlı danışıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Sizin namizədiniz olsam, çox xoşbəxt və qürurlu olacağam”, – deyə Zurabişvili söyləyib.
Gürcüstanda bu ilin sonunda keçiriləcək parlament seçkilərindən sonra yeni prezident seçiləcək.
Zurabişvili Gürcüstanın birbaşa səsvermə yolu ilə seçilən sonuncu prezidentidir. Növbəti prezident 300 nəfərdən ibarət seçicilər heyəti – parlament üzvləri və yerli hökumət nümayəndələri tərəfindən seçiləcək.
Zurabişvili Fəaliyyət Xartiyasını imzalayan müxalifət partiyaları tərəfindən prezidentliyə namizəd kimi irəli sürülə bilər – əgər onlar parlament seçkilərində qalib gəlsələr.