GDU-nun əməkdaşları Naxçıvanda beynəlxalq elmi konfransda iştirak ediblər

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29)-Yaşıl dünya və insan sağlamlığı” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

Viral.az xəbər verir ki, konfransın açılış mərasimi Babək rayonunun Şıxmahmud kəndində yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun (Naxçıvan) Nəbatat bağında təşkil edilib.

Son Yazılar:

 

COP29 və Yaşıl Dünya Naminə Həmrəylik İlinə həsr olunan elmi-praktiki konfransda Azərbaycanda təbii sərvətlərin, eləcə də biomüxtəlifliyin qorunması, yaşıllaşdırma proqramlarının gerçəkləşdirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifər barədə çıxışlar dinlənilib.

 

Beynəlxalq konfransda Gəncə Dövlət Universitetinin əməkdaşları – Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova, Botanika kafedrasının professoru,  biologiya elmləri doktoru Aynur Bayramova, biologiya üzrə fəlsəfə doktorları- dosent Yeganə Aslanova, dosent Ramidə Quliyeva və Fidan İsayeva da iştirak ediblər. Elmi konfransda əməkdaşlarımızın müxtəlif mövzularda məruzələri dinlənilib.

 

Qeyd edək ki, konfrans 2 gün ərzində, 8 bölmədə  elmi məruzələrlə davam edib.