“Yol hərəkəti sahəsində bəzi cərimələrin artırılması və bəzi yeni cərimələr müəyyən edilməsi ilə bağlı layihə barədə məlumatlar yayılır. Layihələr hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur… Bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni 1 il bundan əvvəl bəzi cərimələr artırılmışdı. Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil…”.
Viral.az-ın məlumatına görə, bu fikirləri yol hərəkəti məsələləri üzrə tanınmış, hüquqşünas Ərşad Hüseynov deyib.
“Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır.
Son Yazılar:
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil…
Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir. Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var?..
Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var.
Layihə əlimizə düşəndə daha detallarını izah edərik”, – Ə.Hüseynov bildirib.