ABŞ Prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
Viral.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə deyib.
“Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Ola bilsin ki çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı Prezident Putinlə danışacağam”, – ABŞ Prezidenti vurğulayıb.
Son Yazılar:
- Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı
- “Barselona”nın oyunçusu millidən kənarlaşdırıldı
- Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevgilidir?
Tramp bildirib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.
“Biz ərazilərdən danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir”, – Tramp qeyd edib.