“Sarı Qaya” bağlandı – FOTO

“Sarı Qaya” bağlandı - FOTO

Bakıda daha bir restoranın fəaliyyəti dayandırılıb.

Viral.az AQTA-ya istinadən xəbər verir ki, Xətai rayonu Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus “Sarı Qaya” ictimai iaşə obyektində yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Son Yazılar:

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

50caa1aa 67b4 4583 b688 c208fa73faa1
538ceccf 33e8 4820 983c 0e0dc74a9516
b681a5b2 2549 4c4b a04f 42b379943813
cbc025bb 9e1c 4173 a9f1 eb15683670d4