Ermənistan Milli Təhlükəsizlik Xidməti etirazçılara xəbərdarlıq etdi

Ermənistan Milli Təhlükəsizlik Xidməti 2024-cü il aprelin 4-də başlayan “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını qanuna əməl etməyə və nizam-intizamı pozmamağa çağırır.

Viral.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.

“Milli Təhlükəsizlik Xidmətinin Konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, biz təsdiq edirik ki, qanunla müəyyən edilmiş bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranış zərərsizləşdiriləcək”.

Son Yazılar:

Xatırladaq ki, “Vətən uğrunda Tavuş” hərəkatına keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Bu hərəkat hər gün İrəvanda mitinqlər keçirməklə Paşinyan hökumətindən istefa tələb edir.