“Sabah”ın müdafiəçisi Con İrazabal bir neçə xarici klubun maraq dairəsinə düşüb.
Viral.az saytına verilən məlumata görə, ispan futbolçu ilə maraqlanan klublardan biri də Kiprdəndir.
Ölkənin tanınmış APOEL klubu İrazabalı müəyyən müddətdir ki, izləyir. Yayda isə ona təklif göndərməyi planlaşdırır.
Son Yazılar:
- Mətbəxdə edilən səhvlər və onların mənfi təsirləri
- Kennedinin öldürülməsi ilə bağlı 80 min səhifəlik sənəd açıqlanacaq
- Bu gün ilaxır çərşənbədir
Çempionluq mübarizəsindən uzaq olan Nikosiya təmsilçisi yeni sezon üçün İrazabalı heyətinə cəlb etmək istəyir.
28 yaşlı futbolçunun “Sabah”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2022-ci il iyulun 10-dan Masazır klubunda oynayır. İrazabal Azərbaycana gəlməmişdən əvvəl “Mirandes”, “Leyoa”, “Amorbyeta” klublarının formasını geyinib.