Ağdamın işğaldan azad edilmiş ərazilərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
Viral.az APA-ya istinadən xəbər verir ki, Sarıcalı kəndi ərazisində hərəkətdə olan minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub.
İki nəfərin xəsarət aldığı qəza ilə bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.