Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Viral.az xəbər verir ki, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Qamışlı kəndində yük avtomobili idarəetmənin itməsi nəticəsində dərəyə aşıb.
Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada ölüb.
Son Yazılar:
- Göyçayda ev YANDI
- Tacikistan Azərbaycanla Ermənistan arasında danışıqlar mətninin yekunlaşmasını alqışlayır
- Misir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatmasını alqışladı
Sürücü 37 yaşlı E. Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir (apa).