Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub.
Viral.az xəbər verir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib.
Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.
Son Yazılar:
- Şəmkirdə fərdi yaşayış evi yandı
- Tramp Zelenski ilə danışıqların ilk təfərrüatlarını açıqladı
- Erməniəsilli şəxslərin məhkəməsi ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası əsassızdır
Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.