Trampla Putin İran barədə razılığa gəldilər

Trampla Putin İran barədə razılığa gəldilər

ABŞ və Rusiya liderləri İranın heç vaxt İsraili məhv edə bilməməsi ilə bağlı razılığa gəliblər.

Viral.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit Donald Tramp və Vladimir Putin arasında telefon danışığından sonra verdiyi açıqlamada deyib.

“Liderlər Yaxın Şərqi gələcək münaqişələrin qarşısını almaq üçün potensial əməkdaşlıq regionu kimi geniş şəkildə müzakirə ediblər. Prezidentlər həmçinin strateji silahların yayılmasının dayandırılmasının zəruriliyini müzakirə ediblər və onların mümkün qədər geniş istifadəsini təmin etmək üçün digər ölkələrlə birlikdə çalışacaqlar.

Son Yazılar:

Hər iki lider İranın heç vaxt İsraili məhv etmək iqtidarında olmaması ilə bağlı razılığa gəliblər”, – Ağ Evin bəyanatında deyilir.

Xatırladaq ki, martın 18-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub.