ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır.
Viral.az xəbər verir ki, bunu çərşənbə axşamı brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni, bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini verdilər”, – deyə Zelenski bildirib.
Son Yazılar:
- Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım etdi
- “Trampla səmimi söhbət etdim” – Zelenski
- Diş sağlamlığınız üçün bu qidalara üstünlük VERİN
Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb.