Ordubad rayonunda bir ailə qəzaya düşüb.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.
69-BF-289 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı avtomobildə olan bir ailənin 4 üzvü, Ordubad rayon Qoşadizə kənd sakinləri 36 yaşlı Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 9 yaşlı Tağıyev Vüqar Tural oğlu və 9 yaşlı Tağıyeva Səma Tural qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.
Son Yazılar:
- ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?
- ADSEA-nın xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirildi
- Narkotikin təsiri altında olan sürücü saxlanıldı
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, həmçinin polis əməkdaşları cəlb edilib.