Ötən il fiziki şəxslərin Qətərdən Azərbaycana pul köçürmələrinin həcmi 12,51 milyon ABŞ dolları təşkil edib.
Viral.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla məlumat verir ki, il ərzində bu rəqəm 59,65 % və ya 4,674 milyon ABŞ dolları artıb.
Azərbaycana edilən ümumi pul köçürmələrində Qətərin payı 1,2 % təşkil edib.
Son Yazılar:
- Qaqauziyanın rəhbəri saxlanıldı
- Fidanla Rubio Bakı və İrəvan arasında sülhü müzakirə ETDİ
- Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq
Xatırladaq ki, 2024-cü ildə fiziki şəxslər tərəfindən xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin ümumi həcmi 1,082 milyard ABŞ dolları (-34,56 %) təşkil edib.
2023-cü ildə Qətərdən Azərbaycana fiziki şəxslərdən pul köçürmələrinin həcmi 7,836 milyon ABŞ dolları, xarici ölkələrdən edilən köçürmələrin ümumi həcmi isə 1,654 milyard ABŞ dolları təşkil edib.