Moldovanın Qaqauziya Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul Kişinyov hava limanında 72 saatlıq saxlanılıb.
Viral.az xəbər verir ki, bu barədə jurnalistlərə onun müşaviri Yuri Kuznetsov məlumat verib.
“Yevgeniya Aleksandrovna martın 25-dən 30-dək Beynəlxalq Jurnalistika Konqresinin dəvəti ilə İstanbula getməliydi. Bundan başqa, Qaqauziya rəhbəri Türkiyədə muxtariyyət üçün vacib olan məsələləri müzakirə etməyi planlaşdırırdı”, – Kuznetsov qeyd edib.
Son Yazılar:
- Ukraynada Zelenskiyə etimad artıb
- Gəncədə avtobus minik avtomobili ilə toqquşdu
- Pakistanda partlayış – ölən və yaralananlar var
Moldovanın Milli Antikorrupsiya Mərkəzi Qutsulun Kişinyov hava limanında 72 saatlıq saxlandığını, bütün təfərrüatların çərşənbə günü açıqlanacağını bildirib.