Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
Viral.az xəbər verir ki, Maqdalena Qrono bu barədə “X”də paylaşım edib.
Aİ-nin xüsusi nümayəndəsi bildirib ki, görüşlər zamanı əsas diqqət regionda sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına yönəlib.
Son Yazılar:
- 82 yaşlı qadın su kanalında boğuldu
- Azərbaycan gübrə ixracından gəlirini 72 %-ə yaxın artırdı
- AFFA bu komandanı yarışlardan uzaqlaşdırdı
Maqdalena Qrono Yan Lipavski ilə Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqa dəstəyinin vacibliyini müzakirə edib. O, həmçinin Aİ-nin bu prosesə davamlı dəstəyinin əhəmiyyətini vurğulayıb və ötən həftə sülh sazişi danışıqlarının yekunlaşdırılması ilə bağlı verilən açıqlamaların önəmini qeyd edib.