Daxili İşlər Nazirliyi (DİN) Bakıda lombarda basqın edilməsi faktı üzrə məlumat yayıb.
Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində törədilib. Maskalı şəxs Nəsimi rayonu ərazisindəki lombarda daxil olaraq pul tələb edib. Maska ilə kamuflyaj olunan naməlum şəxsin əlində odlu silaha oxşar əşya olub. O, lombardda çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən olunub. Hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli artıq saxlanılıb.
Son Yazılar:
- Daha bir rusiyalı jurnalist müharibə bölgəsində həlak OLDU
- Müharibəyə hazırıq – İran XİN
- Ağ Evdə Putinin sözlərinə inanmağa başlayıblar
Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.