Naxçıvanda həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Viral.az “Report”a istinadla xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü, iki uşaq anası Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.
Son Yazılar:
- İtaliya Ukraynaya qoşun göndərməyəcəyini TƏSDİQLƏNDİ
- Zelenski Makronla görüşmək üçün Parisə GƏLDİ
- “Bu halda İsrail Qəzzanı ələ keçirəcək”
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.