Əfsanəvi boksçu, amerikalı Corc Forman vəfat edib .
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı idmançının hələlik ölüm səbəbi açıqlanmayıb.
C. Forman 1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarının qalibi olub. O, 45 yaşında ağır çəkidə çempion titulunu qazanan ən yaşlı boksçu kimi tarixə düşüb.
Son Yazılar:
- BMT-də Azərbaycanın mina problemi ilə bağlı sərgi təşkil edildi
- Türkiyədə davam edən zorakılıq dalğasına görə məsuliyyəti CHP və Özgür Özəl daşıyır
- Daha bir rusiyalı jurnalist müharibə bölgəsində həlak OLDU
Corc Forman dünya boks tarixinin ən böyük döyüşlərindən birinin iştirakçısıdır.
Forman ağır çəkidə ikiqat dünya çempionu və 1968-ci il Yay Olimpiya Oyunlarının qalibidir. 1974-cü ildə Forman boks tarixinin ən böyük döyüşlərindən biri hesab edilən Məhəmməd Əli ilə döyüşmüşdü. Kinşasada baş tutan döyüş “Cəngəllikdəki gurultu” adlandırılıb. Döyüş səkkizinci raundda Əlinin qələbəsi ilə başa çatıb.