Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papa Fransisk son beş həftədən sonra ilk dəfə dindarların qarşısına çıxıb.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, o, ənənəvi bazar günü xeyir-dua vermək üçün Romadakı Aqostino Gemelli xəstəxanasının pəncərələrindən birinin eyvanına çıxıb və bundan sonra tibb müəssisəsindən buraxılıb.
Xəstəxananın qarşısına yüzlərlə adam toplaşıb. İntensiv oksigen terapiyası alan Papa zəif səslə “Hamınıza təşəkkür edirəm” deyib.
Son Yazılar:
- Qəzzada son bir gündə 37 nəfər həlak OLDU
- Tramp süni intellektdən qorxduğunu etiraf ETDİ
- Qulaqda səs-küyü azalda bilən dörd MƏHSUL
O, iqamətgahı olan Vatikanın Müqəddəs Marta otelində, xüsusən də səsini bərpa etmək üçün əlavə müalicə alacaq. Onun fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.