Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb.
Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin ofisi məlumat yayıb.
Görüş zamanı baş nazirlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın vacibliyini, regionda sülhün və sabitliyin təmin edilməsində birgə səylərin rolunu vurğulayıblar.
Son Yazılar:
- Qaqauziyanın rəhbəri saxlanıldı
- Fidanla Rubio Bakı və İrəvan arasında sülhü müzakirə ETDİ
- Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq
Liderlər UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstan və Ermənistan milli komandaları arasında keçiriləcək futbol matçına qatılacaqlar.
İlk səfər oyununda gürcülər erməniləri 3:0 hesabı ilə məğlub ediblər.