Kanadada aprelin 28-də növbədənkənar parlament seçkiləri keçiriləcək

Kanadada aprelin 28-də növbədənkənar parlament seçkiləri keçiriləcək

Kanadanın baş naziri Mark Karni aprelin 28-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Viral.az xəbər verir ki, Karni bu xəbəri dövlət televiziyasında xüsusi müraciəti zamanı deyib.

“Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan Parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim. O, razılaşdı”, – Karni deyib.

Son Yazılar:

Baş nazir izah edib ki, növbədənkənar seçkilərin keçirilməsi qərarını ölkənin iqtisadi problemlərini tez bir zamanda düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurəti ilə qəbul edib.