Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib.
Viral.az xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Vladimir Romanov teleqramda bildirib.
Kəndin havadan aktual videogörüntüsünü paylaşmış bloqçu Rusiya qoşunlarının ərazini tərk etdiyini açıqlayıb: “Demidovka, Belqorod vilayəti. Hazırda düşmən tərəfindən zəbt edilib <…> Onu saxlayanlar sadəcə olaraq onu atıb gediblər <…> Düşmən minatəmizləmə işləri apararaq keçid aça bilib, ərazini saxlayan qüvvələr bu anı buraxıblar. Vəssalam, düşmən buradadır”.
Son Yazılar:
- Qaqauziyanın rəhbəri saxlanıldı
- Fidanla Rubio Bakı və İrəvan arasında sülhü müzakirə ETDİ
- Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq
Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın Kursk vilayətinə hücum edən USQ regionun təqribən min kvadratkilometr sahəsini, o cümlədən Suca rayonunun eyniadlı mərkəzini, habelə bir neçə kəndi ələ keçirə bilmişdi. Mart ayında Ukrayna ordusu Kursk vilayətindən geri çəkilib.