Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə komissiyası respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
Viral.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Avropaya inteqrasiya haqqında qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə daxil edilməsi haqqında qərar səs çoxluğu ilə qəbul olunub.
Son Yazılar:
- Sahibləri ürək xəstəliyinə meylli olan qan QRUPLARI
- Dietoloq xolesterolu aşağı salan qidaları AÇIQLANDI
- ABŞ avtomobil idxalına 25% rüsum tətbiq EDƏCƏK
“Komissiya layihəni sabah başlayacaq parlament iclaslarının gündəliyinə göndərəcək”, – Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeqoyan müzakirələr zamanı bildirib.
Qeyd edək ki, 2025-ci il fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.