Bu gün Misnkdə Aleksandr Lukaşenkonun andiçmə mərasimi olub.
Viral.az xəbər verir ki, o rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
O andiçmə mərasimində ölkəsində totalitar rejimin mövcudluğu, eləcə də söz azadlığının olmadığı ilə bağlı fikirlərə münasibət bildirib: “ABŞ-ın hazırkı Administrasiyasının araşdırmaları nəticəsində, USAID və NED-nin 2020-ci ildə ölkəmiz də daxil olmaqla, dünya ölkələrində dövlət çevrilişləri və rəngli inqilab ssenarilərini maliyyələşdirdiyi ortaya çıxdı. Belarusda demokratiya özünü onun etalonu adlandıranlardan daha çoxdur”.
Son Yazılar:
- Qaqauziyanın rəhbəri saxlanıldı
- Fidanla Rubio Bakı və İrəvan arasında sülhü müzakirə ETDİ
- Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq
Qeyd edək ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da baş tutub. Aleksandr Lukaşenko səslərin 86,82 %-ni qazanaraq yenidən prezident seçilib. O, 1994-cü ilin iyul ayından Belarusa rəhbərlik edir.