Xaçmazda oğurluqda şübhəli bilinən şəxs tutulub.
Viral.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayondakı evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.
Həmin şəxsin məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlaması, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurması məlum olub.
Son Yazılar:
- Qaqauziyanın rəhbəri saxlanıldı
- Fidanla Rubio Bakı və İrəvan arasında sülhü müzakirə ETDİ
- Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.