Bir neçə gün öncə yenidən açılan Saray körpüsündə əks hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü məsuliyyətə cəlb edilib.
Viral.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil saxlanılıb.
“Sürücü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Avtomobili isə duracağa yerləşdirilib. Araşdırma aparılır”, – açıqlamada vurğulanıb.
Son Yazılar:
- Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul EDƏCƏK
- “Top Qapı”nın sahibi barəsində tədbir GÖRÜLDÜ
- Gənc Qazilər Birliyinin sədri həbs edildi
Həmin görüntüləri təqdim edirik: