-->

​​​​​​​Lənkəranda yol qəzasında 3 nəfər xəsarət aldı

​​​​​​​Lənkəranda yol qəzasında 3 nəfər xəsarət aldı

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ-21011” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Astara rayon sakinləri – 2005-ci il təvəllüdlü Zamiq İsmayıl oğlu Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Vaqif oğlu Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Ceyhun qızı Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır. 

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO ​​​​​​​Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO